Paşinyanın məlumatsızlığını, biliksizliyini gördük

Münhendə Paşinyanın bir çox məsələyə dair biliklərinin olmadığını gördük. SİA Ermənistana məxsus aysor.am saytında yayımlanan məlumata istinadən xəbər verir ki, bu sözləri tert.am-a müsahibəsində politoloq, beynəlxalq ekspert Manuk Sukiasyan Münhendə Əliyev-Paşinyan görüşünü və müzakirəsini şərh edərkən deyib.

Bu formatın ilk görüşü üçün yüksək səviyyəsində hazırlaşmaq lazım idi və bu arada, əslində Paşinyanın bir çox məsələlərdə biliklərinin olmadığını gördük. “Əliyev debata tezislərə gəldi. O, Paşinyanı oxşar yanaşma tətbiq etməyə məcbur etdi. Dağlıq Qarabağ münaqişəsinin tarixi, hüquqi, siyasi məqamları ABŞ, Rusiya və ya Fransa üçün sirrdir və Paşinyan bunları üzə çıxarmalı idi”, deyə politoloq vurğulayıb.

Manuk Sukiasyanın sözlərinə görə, Nikol Paşinyanın bu cür görüşləri mümkün qədər tez və dərindən idarə edəcək güclü, ciddi xarici siyasət qrupu yoxdur. Paşinyanın bir il yarımdır ki, xarici siyasət üzrə müşaviri yoxdur. Danışıqlardan əvvəl Paşinyana kimin məsləhət verdiyini, bilik və məlumatı kimdən əldə etdiyini də bilmirik.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...