Qabil Hüseynli: “ABŞ səfirliyinin söylədikləri heç bir hüquqi-siyasi əsaslara söykənmir” - AÇIQLAMA
Dağlıq Qarabağla Naxçıvan Muxtar Respublikasını eyniləşdirmək heç bir beynəlxaql hüquqa uyğun deyil. SİA-ya açıqlamasında bu sözləri deyən politoloq Qabil Hüseynli bildirib ki, Dağlıq Qarabağın Azərbaycanın tərkib hissəsi olmasına baxmayaraq İrəvan-Xankəndi reysi ilə bağlı qeyri-müəyyənlik davam etməsi təəssüf doğurur.
Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı danışıqların davam etdiyini bildirən politoloq qeyd edib ki, qondarma Dağlıq Qarabağ qurumunun beynəlxalq statusu və beynəlxalq konvensiyalara bağlılığı ilə əlaqədar heç bir sənəd yoxdur: "Bu baxımdan ABŞ səfirliyinin söylədikləri heç bir hüquqi-siyasi əsaslara söykənmir. Hesab edirəm ki, bu açıqlama tanınmış diplomat olaraq Metyu Brayzanın nüfuzuna ziyanlıdır".
Q.Hüseyli qeyd edib ki, İrəvan-Xankəndi reysi ilə bağlı qeyri-müəyyənliyin hansı şəkildə davam edəcəyi Azərbaycanın atacağı addımlarından asılıdır: "Azərbaycan qətiyyətli şəkildə siyasi iradə ortaya qoyarsa, Beynəlxalq Mülki Aviasiya Agentliyini ciddi şəkildə narahat edərsə istədiyimizə nail ola bilərik. Minsk qrupunun mövqeyi isə ikibaşlı və prinsipsiz bir mövqedir. Qurum bəyanat verdi ki, mülki təyyarələrlə ehtiyatlı davranmaq lazımdır. Bir sözlə, aviareysin açılmasına dəstək verən bir mövqe sərgilədi. Hesab edirəm ki, Minsk qrupu, həmçinin digər təşkilatlar problemin həlli üçün qətiyyət nümayiş etdirməlidir".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB