“1 Tələbəyə 1000 Kitab” layihəsi başladı

“1 Tələbəyə 1000 Kitab” layihəsi başladı

Bu gün – 4 aprel 2011-ci il, saat 16:00-da Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının (ATGTİ) qərargahında "1Tələbəyə 1000 Kitab" layihəsinin təqdimat mərasimi keçirilib. SİA-nın xəbərinə görə, mərasimdə ATGTİ-nin sədri Şahin İsmayılov, "Qafqaz" Universitetinin ictimaiyyətlə əlaqələr üzrə prorektoru Uğur Arif, təşkilatın fəalları və layihənin rəhbəri Ramil Rzayev iştirak edirdilər.


İlk öncə tələbələri və qonaqları salamlayan ATGTİ sədri Şahin İsmayılov layihə haqqında tədbir iştirakçılarına geniş məlumat verib. Ardınca çıxış edən U.Arif gənclərin ekeltron informasiya vasitələrindən söz açıb və bu baxımdan "1 Tələbəyə 1000 Kitab" layihəsinin vacibliyini vurğulayıb. Mərasimdə layihənin (disqin) video təqdimatı nümayiş olundu, disklə ümumi tanışlıq keçirilib. Layihənin icra müddəti və xüsusi məqamları qeyd edilib.


Layihə çərçivəsində hər bir tələbə Azərbaycan, Rus, Türk, İngilis, Fransız, Alman və s. dillərdə 1000 kitaba sadəcə 2 AZN ödəməklə sahib ola biləcək. Qeyd olunan kitablar Azərbaycan tarixi, Azərbaycan mədəniyyəti, iqtisadiyyat, Azərbaycannın neft siyasəti, dünya mədəniyyəti, dünya tarixi, incəsənət, siyasət, pedaqoqika, psixologiya, filologiya, tibb, fəlsəfə, hüquq və bu kimi müxtəlif mözuları əhatə edir.


Qeyd edək ki, artıq 2000-nə yaxın disk hazırlanıb və bu gündən etibarən disklər geniş ictimaiyyətə təqdim olunacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə