Daha bir erməni əsgəri ölüb

Ermənistan ordusunun daha bir əsgəri ölüb. AZƏRTAC erməni KİV-lərinə istinadla xəbər verir ki, fevralın 12-də saat 11:30 radələrində Ermənistan ordusunun cənub-şərq istiqamətində yerləşən hərbi hissələrindən birində 2000-ci il təvəllüdlü əsgər Tiqran Manvel oğlu Manvelyan odlu silahdan açılan atəş nəticəsində ölüb. Ölümün hansı səbəbdən baş verdiyi bilinmir. Hadisənin təfərrüatlarını öyrənmək üçün araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə