Azərbaycan ədalətli, şəffaf və demokratik seçki nümayiş etdirdi
Azərbaycan seçki keçirmək sahəsində zəngin təcrübəyə malikdir və bu təcrübə beynəlxalq təşkilatların nümayəndələri, o cümlədən ekspertlər tərəfindən də etiraf olunur. Beynəlxalq aləmdə etiraf olunur ki, Azərbaycanın seçki qanunvericiliyi beynəlxalq hüququn prinsiplərinə uyğun hazırlanıb və seçkilərin keçirilməsi üçün ölkəmizdə mükəmməl hüquqi baza mövcuddur. Eyni zamanda bu hüquqi baza dövrün tələblərinə uyğun olaraq təkmilləşdirilib də.
Ölkəmizin həyatında mühüm əhəmiyyət kəsb edən siyasi kampaniya, keçirilən parlament seçkisi bütün dünyanın maraq dairəsindən kənarda qalmadı və bu seçkini 55 ölkədən, 56 təşkilatdan gəlmiş 883 beynəlxalq müşahidəçi izlədi ki, bunlar istər say, istərsə də coğrafi baxımdan kifayət qədər əhatəli hesab olunur. Seçki prosesini izləmək üçün qeydiyyata alınan 77 min 790 yerli müşahidəçinin olması da təsdiq edir ki, seçki prosesində neqativ halların olması ehtimalı sıfıra bərabərdir və parlament seçkisi tam şəffaf və demokratik keçirilib. MSK-nın məlumatına görə, bu seçkilərdə 1129 səlahiyyətli nümayəndə, 7 min 603 məşvərətçi səs hüquqlu komissiya üzvü, 2085 vəkil qeydiyyatdan keçib və bu fakt özü də şəffaflığın, demokratiyanın, seçkilərin ədalətliliyinin əyani sübutudur.
Parlament seçkilərində mandat uğrunda mübarizə aparmaq üçün 2 min 431 nəfər müraciət etmişdi və onlardan 1637 nəfəri də rəsmən qeydiyyata alınmışdı ki, bu heç də kiçik rəqəm deyil. Əvvəla onu qeyd edək ki, bu rəqəm ilk növbədə seçkilərə olan marağı və seçki prosesinin ədalətli, şəffaf, demokratik keçəcəyinə əvvəlcədən olan inamı təsdiq edir. Təsdiq edir ki, Azərbaycan vətəndaşları ölkədə ədalətli seçkilərə iananır və ümid edir. Səsvermə gününə qədər 321 nəfər öz istəyi ilə namizədliyini geri götürsə də, iki nəfərin namizədliyi MSK tərəfindən ləğv edilsə də nəticədə 1314 nəfərin deputat mandatı uğrunda mübarizəni davam etdirməsi özü ölkəmizdə keçirilən seçkilərə olan etibarlılığın bariz nümunəsidir və bu heç də xarici müşahidəçilərin diqqətindən yayına bilməzdi.
Seçki gününə qədər olan proseslərdə, yəni, imzatoplama, sənədlərin dairə seçki komissiyaslarına təhvil verilməsi, imzaların doğruluğunun yoxlanılması və namizədliyin təsdiq edilməsinə qədər heç bir şikayətin daxil olmaması və qanun pozuntusunun baş verməməsi isə ölkəmizdə hər bir vətəndaşın seçmək və seçilmək hüququnun yüksək səviyyədə qorunduğunu isbat edir. Siyasi baxışlarından, tutduqları mövqedən asılı olmayaraq hər bir namizədə təbliğat-təşviqat kampaniyası aparmaq üçün bərabərhüquqlu şərait yaradılması da öz növbəsində ədalətliliyi, şəffaflığı, demokratiyanın mövcudluğunu göstərir. Ümumiyyətlə, hətta seçki gününə qədər belə bircə dənə də olsun qüsurun olmaması çox böyük nailiyyətdir və bunu seçkilərin ədalətli, şəffaf, demokratik keçəcəyi anonsu da adlandırmaq olar və belə də oldu.
Parlament seçkiləri ədalətli, şəffaf, demokratik şəkildə keçirildi və uğurla başa çatdı. Bunu təkcə Azərbaycandan olan yox, eyni zamanda beynəlxalq müşahidəçilər də, ayrı-ayrı ölkələrin seçkiləri izləyən nümayəndə heyətləri də təsdiq etdi. Etiraf olundu ki, ölkəmizdə keçirilən seçkilər ədalətli və tam şəffaf keçirilib. Seçki başa çatdıqdan, nəticələr açıqlandıqdan sonra ayrı-ayrı ölkələr Azərbaycanda keçirilən parlament seçkiləri barədə təəssüratlarını da bölüşdülər və hər bir nümayəndə heyəti bu seçkilər barədə müsbət rəy bildirdi.
Dünyanın ən qabaqcıl ölkələrindən olan nümayəndə heyətləri ölkəmizdə keçirilən parlament seçkilərində qaydalara son dərəcə həssas yanaşıldığından danışdılar və qanunlara riayət olunduğunu vurğuladılar. Bülletenlərin tərtibatının belə müasir standartlara cavab verdiyi etiraf edildi. Xüsusilə qeyd etmək yerinə düşərdi ki, Çexiyanın nümayəndə heyəti ölkəmizdə keçirilən parlament seçkilərinə rəy bildirərkən görmə qabliyyəti məhdud insanlar üçün breyl əlifbasında bülleten hazırlandığının şahidi olduğunu deyərək bunu qayğı kimi qiymətləndirib.
Hətta Fransa kimi qabaqcıl Avropa ölkəsinin nümayəndə heyəti Azərbaycanda keçirilən seçkilər zamanı rəngsiz mürəkkəbdən istifadə edilərək bir seçicinin iki dəfə səs verməsi halının qarşısını almasına innovasiya kimi qiymət verdi. Məsələ burasındadır ki, bu qabaqcıl Avropa ölkəsinin heyəti etiraf etdi ki, bu çox yüksək nəticə verən uğurlu təcrübədir və belə bir təcrübədən heç də bütün ölkələrdə istifadə edilmir və istifadə edilməsi təqdirəlayıqdir. Eyni zamanda Azərbaycanın seçkilərdə istifadə etdiyi bu halın digər ölkələr üçün də nümunə ola biləcəyini deyən Fransa nümayəndə heyəti səslərin nəticələrinin tam reallığı əks etdirdiyini etiraf etdi. Təkcə Fransa deyil, demək olar ki, az qala hər bir ölkənin nümayəndələri ölkəmizdə keçirilən parlament seçkilərində rəngsi mürəkkəbdən istifadəni xüsusi olaraq vurğulayıb və bunu yüksək qiymətləndirir.
Ultrabənövşəyi cihazların, rəngsiz mürəkkəbin seçkilər zamanı tətbiqini innovasiya, qabaqcıl təcrübə olduğunu etiraf edən nümayəndələr, bununla əslində, Azərbaycanın innovasiyalara açıq olduğunu etiraf edirlər. Ölkəmizdə müasir metodlardan, yeni texnologialardan istifadə edildiyini də görür və dəyərləndirirlər.
Xüsusilə, seçkiləri izləyən nümayəndələrin bir çoxu ölkəmizdə qadınların seçkilərə qatıldığını, seçkilərdə iştirakını, parlamentdə təmsilçiliyini də vurğulayır. Bu halı xüsusilə qeyd edirlər ki, qadınlara seçki hüququnun verilməsi tarixinə nəzər saldıqda görürük ki, Azərbaycan bu hüququ ABŞ-dan da əvvəl öz qadınlarına verib. Ölkəmizdə keçirilən parament seçkilərinə qatılanların 21 faizinin qadın olması və yekunda onların da 40 faizinin seçilməsi də ölkəmizdə gender bərabərliyi, hüquqların qorunması kimi dəyərləndirilir.
Seçkilərin uğurlu keçirilməsi, ədalətin, şəffaflığın, demokratiyanın təmin olunması, qanunların tətbiqi barədə bütün nümayəndə heyətlərinin eyni qənaətdə olması heç də təsadüfi ola bilməz. Bu fakt özü də təsdiq edir ki, ölkədə parlament seçkiləri tam ədalətli, şəffaf, demokratik və qanuni şəkildə keçirilib və bunu artıq təkzib etmək mümkün deyil. Bunu bizimlə yanaşı bütün beynəlxalq təşkilatlar, dünya ictimaiyyəti və hər kəs ayrı-ayrılıqda başa da düşür. Heç də təsadüfi deyil ki, nümayəndələrin əksəriyyəti Azərbaycan xalqını demokratik seçkilər, demokratiyanın qələbəsi münasibətilə təbrik edir. Hətta bir çoxları haqlı olaraq ölkəmizdə keçirilən seçkiləri demokratiya bayramı adlandırır.
Bütün xəbərlər Facebook səhifəmizdə
.jpg)

.jpg)

USD
EUR
GBP
RUB