Namizədlərin sayı əvvəlki seçkilərdən 2 dəfə çoxdur Rusiya mətbuatı

Namizədlərin sayı əvvəlki seçkilərdən 2 dəfə çoxdur Rusiya mətbuatı

“Seçkilərdə 5 milyondan çox vətəndaş 125 seçki məntəqələrində səs verəcəklər”. SİA xəbər verir ki, bu barədə Rusiyanın RİA-Novosti saytı yazır.

Qeyd olunur ki, 125 mandat uğrunda 1,3 min namizəd iştirak edir ki, bu da 2010 və 2015-ci illərdə keçirilmiş parlament seçkilərindən iki dəfə çoxdur.

“Daha öncə MSK 850-dən çox beynəlxalq müşahidəçini qeydiyyata alıb”, deyə xəbərdə qeyd olunur və bildirilir ki, qanuna görə, xarici ölkələrdə səsvermə nəzərdə tutulmayıb və seçkilər saat 19:00-da başa çatacaq və MSK ilkin nəticələri gecə saatlarından açıqlayacaq.

Sonda xatırladılır ki, yerli müşahidəçilərdən 65 mini akreditə olunub və seçkilərə hakim Yeni Azərbaycan Partiyası başda olaraq, daha 19 siyasi partiya qatılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə