NATO silahlı qüvvələrinə hücüm edilib

NATO silahlı qüvvələrinə hücüm edilib
Əfqanıstanın paytaxtı Kabul şəhərində bir qrup silahlı NATO silahlı qüvvələrinə hücüm edib, üç hərbiçi yüngül xəsarət alıb. SİA-nın Frans Press agentliyinə istinadən verdiyi xəbərə görə, silahlıların hədəfi Əfqanıstanın Beynəlxalq Təhlükəsizliyə Yardım Qüvvələrinin (İSAF) rəsmi nümayəndəliyi olub. Qrup iki dəstəyə bölünərək hücum edib. Cavab atəşi ilə silahlılardan ikisi öldürülüb. Xəbərdə deyilir ki, ölənlərdən biri intiharçı olub.

Bütün xəbərlər Facebook səhifəmizdə