Yaşar Əliyev: “İctimai asayişi pozmağa cəhd göstərsələr, qarşısı tərəfimizdən qətiyyətlə alınacaq” - XƏBƏRDARLIQ
Sabah müxalifət partiyalarının təmsil olunduğu İctimai Palata etiraz aksiyası keçirmək niyyətində olduğunu bildirib. Bakı Şəhər İcra Hakimiyyəti isə mitinq keçirmək üçün xüsusi yerlərin ayrıldığını əsas gətirərək müxalifətin şəhərin mərkəzində aksiya keçirməsinə icazə verməyib.
SİA-nın verdiyi məlumata görə, bununla bağlı AXCP, Müsavat və İctimai Palatanın nümayəndələri Bakı şəhər Baş Polis İdarəsinə çağrılaraq onlara qanunsuz aksiyaların keçirilməsinin mümkünsüzlüyü başa salınıb. Baş verə biləcək təxribatların məsuliyyətini aksiya keçirənlərin üzərinə düşəcəyi onların diqqətinə çatdırılıb.
"Müxalifət partiyalarının Bakının mərkəzində icazəsiz aksiya keçirməsinə imkan verilməyəcək". Bu sözlər isə Bakı Şəhər Baş Polis İdarəsinin (BŞBPİ) rəis müavini, general-mayor Yaşar Əliyevə məxsusdur.
Y.Əliyev bildirib ki, müxalifət partiyalarına mitinq keçirmək üçün Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən yer ayrılıb. Biz onlara xəbərdarlıq etdik, bildirdik ki, qanun pozuntusuna yol verməsinlər. Onlar yalnız xüsusi ayrılmış yerdə aksiya keçirə bilərlər. "Qanunu pozaraq Bakının mərkəzi küçələrində ictimai asayişi pozmağa cəhd göstərsələr, qarşısı tərəfimizdən qətiyyətlə alınacaq", - rəis müavini bildirib.

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB