"Azərbaycan və ya Türkiyə vətəndaşı, bizim üçün fərqi yoxdur" Çavuşoğlu

"Azərbaycan və ya Türkiyə vətəndaşı, bizim üçün fərqi yoxdur" Çavuşoğlu

Türkiyənin Xarici İşlər Naziri Mövlud Çavuşoğlu bu gün Bakıda keçirilən Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının üzv dövlətlərinin növbədən kənar iclası çərçivəsində jurnalistlərin suallarını cavablandırıb. SİA xəbər verir ki, ilk növbədə nazir Türkiyədə baş verən təyyarə qəzası ilə bağlı jurnalistlərin başsağlığını qəbul edib.

O bildirib ki, yaralılar xəstəxanaya yerləşdirilib və müvafiq tədbirlər görürülüb.

Qəzada bir azərbaycanlının da olma ehtimalına Çavuşoğlu belə cavab verib: "Azərbaycan və ya Türkiyə vətəndaşı, bizim üçün heç bir fərqi yoxdur, biz Heydər Əliyevin də dediyi kimi "bir millət iki dövlətik", qəzada əziyyət çəkənlərin hər biri ilə mütəmadi olaraq maraqlanılır və istənilən halda müvafiq tədbirlər həyata keçirilir".

Müəllif: Nigar Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə