Politoloq Rövşən Novruzoğlu: "31 Mart soyqırımı nəticəsində Azərbaycanda 44 min 127 nəsil yer üzündən silinib" - FAKT

Politoloq Rövşən Novruzoğlu: "31 Mart soyqırımı nəticəsində Azərbaycanda 44 min 127 nəsil yer üzündən silinib" - FAKT

Tarixi sənədlərdə aparılan son araşdırmalar zamanı məlum olub ki, 31 Mart Soyqırımı nəticəsində ermənilər Azərbaycan genofonduna çox ciddi ziyan vurublar. Bu sözləri SİA-ya açıqlamasında politoloq Rövşən Novruzoğlu deyib. O, qeyd edib ki, bəşəriyyət tarixində ən qatı cinayət kimi törədilən bu soyqırım nəticəsində Azərbaycanda 44 min 127 nəsil yer üzündən silinib: "Bu rəqəmlər Mart soyqırımında törədilən cinayətdir. Çox heyf ki, biz bunu beynəlxalq miqyasa çıxarılması üçün sənədlərin bir qismini əldə edə bilmirik. Həmçinin yenidən araşdırmalar aparılmalıdır ki, qətlə yetirilən bu insanların neçə faizi ziyalı olub, neçə faizi aşağı təbəqəinin adamları, sənət adamları olub? Bu faktlar göstərir ki, bu qətliam Azərbaycan xalqının demoqrafik inkişafının illərlə geri düşməsinə gətirib çıxarıb. Eyni zamanda Rusiyada yerləşən Ermitaj muzeyinə də baş çəkdiyimiz zaman dəhşətli faktlarla üzləşdik. Ermənilər artıq muzeydə yerləşən Qarabağ bölməsinə də hücum edib. Azərbaycanın adət ənənəsi və genetik inkişafı ilə bağlı bütün sənədləri götürüb aparıblar".

 

Ermənilərin təkcə insanları öldürməklə, kəndləri viran qoymaqla kifayətlənmədiyini deyən R.Novruzoğlu bildirib ki, onlar eyni zamanda Azərbaycan xalqının maddi və mənəvi sərvətlərini də oğurlayıblar: "Onlar insanların illər boyu topladığı sərvəti talayıb aparıblar. Məsələn 31 Mart soyqırım günü ermənilər Bakıdan 132 kq, Şamaxıdan 21 kq, Gəncədən 71 kq, Qubadlıdan 19 kq qızıl və zinyət əşyaları götürüb aparıblar. Bütün bunlar ermənilərin bir gün ərzində yığdıqları Azərbaycan sərvətləridir. Bütün bununla yanaşı Mart soyqırımı günündə onlar Azərbaycan ərazisindən 1611 baş nadir at cinsi olan "Qarabağ" atı götürüb aparıblar. Həmin sərvətlər içərisində eyni zamanda ermənilər 700 mindən artıq toxunma əmlak sayılan xalçaları aparıblar. Azərbaycan yurdlarını məhv ediblər. Bununla kifayətlənməyən ermənilər 2614 qəbirstanlığı viran qoyublar, 823 məscidi məhv ediblər".

 

Rəqəmlərin hələ heç yerdə dərc olunmadığını deyən politoloq bildirib ki, bu faktlar bir sıra xarici dövlətlərin arxivində aparılan araşdırmalar zamanı meydana çıxıb. Belə ki, statistik rəqəmlər Rusiya arxivində daha dolğun öz əksini tapıb.

Bütün xəbərlər Facebook səhifəmizdə