Obama şam yeməyinə 30 min dollar verib

Obama şam yeməyinə 30 min dollar verib

ABŞ prezidenti Barak Obama ziyarət etdiyi Nyu-York şəhərində restoranların birində şam yeməyinə 30 min dollar ödəyib. SİA-nın xəbərinə görə, bu qədər pulu prezident Demokrat partiyasının partiyaya dəstək məqsədi ilə təşkil etdiyi yeməkdə ödəyib.

 

ABŞ-ın Harlem məhəlləsindəki "Red Lobster" restoranında verilən yeməklərə görə hər kəs 30 min 800 dollar xərcləyib. Milli Demokratik Komitəsinin təşkil etdiyi yeməyin sonunda 1 milyon 500 min dollar məbləğində pul toplanıb.

Bütün xəbərlər Facebook səhifəmizdə