"Prezidentin Davos Forumunda iştirakı böyük əhəmiyyət kəsb edir" ÖZƏL - MÖVQE

"Davos Forumu dünya miqyasında əhəmiyyətli qlobal bir görüşdür". Bunu SİA-ya politoloq Nəzakət Məmmədova deyib.

Politoloqun sözlərinə görə, bu Forum dünya ölkələrinin iqtisadi yol xəritəsini müəyyən edir: "Azərbaycan Prezidenti İlham Əliyevin Davos Forumunda iştirakı ölkəmiz üçün böyük əhəmiyyət kəsb edir. Dövlət başçısı ilə Dünya İqtisadi Forumunun prezidenti Borge Brende arasında ötən il imzalanmış memorandumun davamı kimi imzalanmış niyyət protokolunun əhəmiyyəti qeyd edilə bilər. Sənədə əsasən, Forumun ölkəmizdə regional mərkəz yaradacaq. Bu cür mərkəzlər çox məhdud sayda ölkələrdə yaradılır və onların əsas məqsədi dördüncü sənaye inqilabının səbəb olduğu çağırış və imkanların həyata keçirilməsidir. Davos Forumu ilə bu mühüm sənədi imzalayan ilk ölkələr arasındayıq. Neft İxrac edən Ölkələr Təşkilatının baş katibi, Pakistan İslam Respublikasının Baş Naziri, Xorvatiyanın Baş Naziri ilə görüşlərdə mühüm məsələlər müzakirə olunub, o cümlədən enerji, nəqliyyat, informasiya-kommunikasiya texnologiyaları və digər sahələrdə əməkdaşlığın perspektivləri ilə bağlı fikir mübadiləsi aparılıb. Bütün bunları nəzərə alaraq qeyd etmək olar ki, Davos görüşü hər zaman olduğu kimi, bu dəfə də mühüm əhəmiyyətə malikdir”.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə