Azərbaycan texniki cəhətdən də hazırdır

Azərbaycan TANAP qaz boru kəmərinin Rusiya qazı üçün istifadəsi ilə bağlı təklif üçün texniki cəhətdən də hazırdır. Bundan əlavə, Azərbaycan ölkənin müvafiq boru kəmərlərini ictimai infrastruktur halına gətirməyə də hazır hesab olunur. SİA RİA Novostiyə istinadən xəbər verir ki, bu barədə Azərbaycan Prezidenti İlham Əliyev Davosda Dünya İqtisadi Forumunun kluarlarında bəyan edib.
"İndiyə qədər belə təkliflər olmayıb. Texniki olaraq, əlbəttə ki, mümkündür ... İnfrastrukturumuz ictimai infrastruktur ola bilər. Bizim, həm Rusiyanın layihələri, “Türk Axını” layihələrimiz Türkiyə ərazisinə cəmlənmişdir. Və oradan da hər istiqamətə gedə bilər. İqtisadi tərəfini hesablamaq lazımdır", deyə Azərbaycan Prezidenti bildirib.
Sözügedən mətbu orqanında xatırladılır ki, TANAP (Trans-Anadolu Boru Kəməri) və TAP (Trans-Adriatik Boru Kəməri) Cənubi Qaz Dəhlizinin bir hissəsidir, Azərbaycan qazının Xəzər yataqlarından Türkiyə və Avropaya tədarükü layihəsidir. TANAP-ın son mərhələsinin açılış mərasimi 30 noyabr 2019-cu ildə keçirilib.
Həmçinin qeyd olunur ki, TANAP boru kəmərinin ilkin ötürmə gücü ildə 16 milyard kubmetr qaz təşkil edir. Təqribən 6 milyard kubmetri Türkiyəyə, qalan hissəsi isə Avropaya, qazın 2020-ci ilin əvvəllərində TAP tikintisi başa çatdıqdan sonra gələcəyi Avropaya çatdırılacaq. TANAP səhmdarları bunlardır: Cənub Qaz Dəhlizi QSC - 51%, SOCAR Turkey Enerji - 7%, Botaş - 30%, BP - 12%.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...