Yaponiyadakı "Fukuşima" nüvə reaktorundan havaya sızan radioaktif maddələr Çinin 6 əyalətində müəyyən edilib. SİA-nın "Cihan" xəbər agentliyinə istinadən verdiyi məlumata görə, Çin Milli Nüvə Enerji Koordinasiya Komitəsi havada radoaktif yod-131 maddəsinin tapıldığını açıqlayıb.
Komitə bununla belə radiasiya səviyyəsinin aşağı olduğunu bildirib. Hesab edilir ki, radiasiya insanların sağlamlığı və ətraf mühitə zərər verəcək səviyyədə olmadığından qoruyucu tədbirlərin görülməsinə ehtiyac yoxdur.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB