Yeni Azərbaycan Partiyasının üzvünün namizədliyi qeydə alınmayıb. SİA-nın məıumatına görə, 96 saylı Goranboy-Naftalan seçki dairəsindən namizədliyi qeydə alınmayan Topçuyev Azər Yusif oğlu MSK-ya müraciət edib. Bu haqda MSK üzvü Tofiq Həsənov məlumat verib.
MSK üzvünün sözlərinə görə, A.Topçuyev müraciətində qeyd edib ki, dairə seçki komissiyasına inanmır və ona görə də sənədlərini təqdim etməyib: "A.Topçuyev bildirib ki, sənədlərini valideynlərinin iştiarkı ilə DSK-ya təqdim etmək istəyir. Lakin valideynləri gəlsə də yenə də sənədlərini təqdim etməyib. Belə olan halda isə onun namizədliyi qeydə alınmayıb. Amma o sonradan MSK-ya namizədliyinin qeydə alınmaması barədə şikayət edib".
Məsələ bu gün MSK-nın iclasında müzakirəyə çıxarılıb və DSK-nın qərarı qüvvədə saxlanılıb. Beləliklə, namizədliyi öz təşəbbüsü ilə irəli sürülən YAP üzvü Topçuyev Azər Yusif oğlunun 96 saylı Goranboy-Naftalan seçki dairəsindən Milli Məclisə seçkilərdə namizədliyi qeydə alınmayıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB