Cümşüd Nuriyev: “Sahə Qiymətləndirmə Missiyasının yazdığı hesabatın çatışmayan cəhəti çoxdur”
"18 ildən sonra ATƏT 50 faiz həqiqətə yaxınlaşıb. Amma bizə yarımçıq həqiqət daha acıdır". SİA-nın xəbərinə görə, bu sözləri politoloq Cümşüd Nuriyev ATƏT-in Minsk Qrupu həmsədrlərinin Dağlıq Qarabağ ətrafında olan işğal edilmiş ərazilərdə ümumi vəziyyətin dəyərləndirilməsi məqsədilə həyata keçirdiyi Sahə Qiymətləndirmə Missiyasının hesabatına münasibət bildirərkən deyib. O, qeyd edib ki, Sahə Qiymətləndirmə Missiyasının yazdığı hesabatın çatışmayan cəhəti də çoxdur. İlk növbədə çatışmayan cəhət işğal olunan ərazilərə köçürülən insanların haradan gəlməsinin araşdırılmaması ilə bağlıdır: "Kəlbəcər və Laçına 14 min adam köçürülüb. Onların haradan gətirilməsi nədən araşdırılmayıb? Guya orada məskunlaşanlar Azərbaycan ərazisindən gedən ermənilərdir. Yalan deyirlər. Həmin əhalinin heç biri işğal olunan ərazilərdə yerləşdirilməyib. Bunların hamısı İraq, İran, Livan, Suriya, Argentina və Paraqvaydan dəvət olunan ermənilərdir. Çünki bu məlumatlar erməni saytlarında yazılan yazılarda özünü göstərir. İkincisi isə faktaraşdırıcı missiya tamamilə dağıdılan Ağdamdan və digər rayonlardan nədən heç bir məlumat vermir? Eyni zamanda orada Azərbaycanın 100-ə qədər ancaq tarixi abidələri qalıb. Bunların heç biri hesabatda öz əksini tapmayıb. Bu maddi ziyan hesabatda öz əksini tapsaydı, dünya ictimaiyyəti bilərdi ki, ermənilər tək uşaq qatili deyil, həmçinin mədəniyyətin düşməni olan varvar dövlətdir".
İranın dövlət başçısı Mahmud Əhmədinejad tərəfindən təşkil olunan Novruz bayramı şənliyinə gəlincə politoloq hesab edir ki, rəsmi Tehran bu addımla düzgün siyasət yürüdəni yoldan sapındırmaq istəyir. Çünki nə vaxtsa İran Dağlıq Qarabağ məsələsini tənzimləməyə can atıb. Bütün hallarda Azərbaycanın ərazisi işğal olunub. Ona görə İranın bunu Novruz çətiri altında etməsi inandırıcı görünmür.
Politoloq hesab edir ki, amma bütün hallarda müsəlman dövləti olaraq İran Azərbaycanı Ermənistanın ayağına verməməli idi. Belə ki, Amerika Qarabağ məsələsini həll etmək istəyirdi. Amma burada İrana toxunan məsələ var idi deyə Azərbaycan o variantı qəbul etmədi: "Hətta qanun qəbul olundu ki, Azərbaycan əraziləri başqa dövlətlərin ərazisinə daxil olmaq üçün istifadə edilə bilməz. Eyni zamanda torpaqlarımızda xarici dövlətlərin hərbi bazası yerləşdirilə bilməz. ABŞ tərəfi İranla sərhəd olan Dağlıq Qarabağ ərazisini geri qaytardıqdan sonra orada sülhməramlı qüvvələrini yerləşdirmək təklifi ilə çıxış etmişdi. Lakin biz razılıq vermədik. Yəni Azərbaycan özünün ziyanına da olsa belə İran dövlətinə xələl gəlməsin deyə bu addımı atdı. Amma rəsmi Tehran əvəzində Sarkisyanı qucaqlayır. Bu hardasa heç cürə qəbul olunan bir şer deyil. Müsəlman qanını tökən şəxslərə qucaq açan dövlətin səmimiyyətinə necə inanmaq olar? Azərbaycan prezidenti yüksək səviyyəli diplomat olduğuna görə, bu addımı atmaqda tamamilə haqlıdır.
Azərabaycan prezidentinin dəvət olunduğu bir yerdə Ermənistan prezidentinin rəsmi səfərə dəvət edib sonrada Novruz bayramı münasibəti ilə keçirilən tədbirə çıxartmaq bu Azərbaycan üçün sayğısızlıq kimi qəbul edirəm. Təbii ki, prezident bütün qərarlarında sərbəstdir. Amma bir araşdırmaçı kimi onu deyə bilərəm ki, prezident Azərbaycanın çıxarlarını nəzərə alıb çox düzgün bir addım atdı. Yəni bu addımı alqışlamaq lazımdır. Azərbaycan başçısı dövlətin maraqlarını nəzərə alıb belə bir addım atıb. Eyni zamanda bu sırf tədbirdirsə, burada prezidentin iştirak etməsinə ehtiyac da yoxdur. Azərbaycan dövləti burada təmsil olunub".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB