YAP Qobustan rayon təşkilatında müşahidəçilər üçün treninq keçirilib FOTOLAR

Yeni Azərbaycan Partiyası (YAP) Qobustan rayon təşkilatında 9 fevral 2020-ci il tarixində keçiriləcək parlament seçkiləri ilə əlaqədar səsvermə günü müşahidə aparacaq müşahidəçilərlə növbəti treninq keçirilib. Partiyanın rayon təşkilatında SİA-ya daxil olan məlumata görə, treninqdə çıxış edən YAP Qobustan rayon təşkilatının sədri Füzuli Gülaliyev parlament seçkilərinə hazırlıqla bağlı YAP tərəfindən görülən işlər haqqında məlumat verərək qeyd etdi ki, Yeni Azərbaycan Partiyası qarşıdan gələn seçkilərə ciddi hazırlaşıb, mərhələlər üzrə işlər davam etdirilir. F.Gülalıyev çıxışında seçki məntəqələrinə təyin edilmiş müşahidəçilərin vəzifələri barədə də ətraflı danışaraq, treninq iştirakçılarını məlumatlandırıb.

“Parlament seçkilərinin yüksək standartlara uyğun, aşkarlıq və demokratiya şəraitində keçirilməsi üçün müşahidəçilərin üzərinə böyük məsuliyyət düşür”, deyə qeyd edən YAP Qobustan rayon təşkilatının sədri həmçinin qeyd edib ki, müşahidəçilərin Seçki Məcəlləsində təsbit olunmuş hüquq və vəzifələri, səlahiyyətləri var: “Ona görə də, müşahidəçilər diqqətli olmalı və üzərilərinə düşən vəzifəni layiqincə yerinə yetirməli, obyektiv monitorinq aparmalıdırlar”.

Treninq diskusiya şəklində keçirilib, hər bir müşahidəçiyə yaddaş kitabçaları paylanıb və onları maraqlandıran suallara cavablar verilib

Müəllif: Rövşən

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...