MSK sədri: “Parlament seçkiləri ilə əlaqədar 2 minə yaxın yerli və xarici müşahidəçi müraciət edib" -AÇIQLAMA
MSK sədri: "Parlament seçkiləri ilə əlaqədar 2 minə yaxın yerli və xarici müşahidəçi müraciət edib" "Milli Məclisə seçkilərlə əlaqədar 2 minə yaxın yerli və xarici müşahidəçi müraciət edib və onların demək olar ki, hamısı müsbət cavab alıb". SİA-nın verdiyi xəbərə görə, bunu bu gün jurnalistlərə açıqlamasında Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov deyib. MSK sədrinin sözlərinə görə, həmin müşahidəçilərin 1630-u yerli müşahidəçilərdir: "Xarici müşahidəçilərin sayı isə 70-ə yaxındır. ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun, Müstəqil Dövlətlər Birliyi Parlament Assemblyasının müşahidə missiyası artıq fəaliyyətə başlayıb. İtaliya, Çexiya Parlamentlərinin, Litva Seyminin müşahidəçiləri artıq akkreditasiyadan keçiblər. Moldova Mərkəzi Seçki Komissiyasının nümayəndələri də seçkiləri müşahidə edəcək. Xarici müşahidəçilərin qeydiyyatı prosesi hazırda sürətlə davam edir".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB