“Qaragüruh cəmiyyət üçün ziyanlıdır” RƏY-ÖZƏL

“Qaragüruh cəmiyyət üçün ziyanlıdır” RƏY-ÖZƏL

“Müxalifət partiyalarının və onlara rəhbərlik edən şəxslərin uğursuzluğa düçar olmalarını onların yanlış, səhv siyasət aparmaları ilə bağlıdır”. Bunu SİA-ya açıqlamasında Azərbaycan Mətbuat Şurasının sədr müavini, Beynəlxalq Avrasiya Mətbuat Fondunun sədri Umud Rəhimoğlu deyib.

Onun sözlərinə görə, müxalifət daxilində olan parçalanmalar, partiyalararası soyuqluq ümummilli də düşərgənin uğursuzluğu ilə nəticələnir: “Əslində bu gün müxalifətin problemi budur ki, bunlar ayrı-ayrı qruplardan ibarətdirlər və bu səbəbdən də birləşə bilmirlər. İlk öncə müxalifət öz aralarında olan bu problemi həll etsinlər və sonra isə normal bir müxalifətçilikdən söhbət etmək olar. Əlisində bizdə istərdik ki, müxalifət normal bir fəaliyyət ilə məşğul olsun. Yəni konstruktiv müxalifət olsun, dialoq aparmağı bacarsın. Qaragüruhçu və ölkənin mənafeyindən çıxış etməyən müxalifət təbii ki, ölkəmiz üçün ziyanlıdır. Ümumiyyətlə, müxalifət heç vaxtı milli və dövlətçilik maraqlarına qarşı çıxmamalıdır. Bu gün Azərbaycan dövlətinin uğurlarını gözü götürməyən qüvvələr var. Ancaq həmin qüvvələrin ölkəmizlə bağlı planları baş tutmayacaqdır. Yaxşı olardı ki, müxalifət daxilində yenilik etsin, milli maraqlardan çıxış etməyə çalışsın. Əks halda onlar uğursuzluqdan xilas ola bilməyəcəklər”.

Müəllif: Gülyana

Bütün xəbərlər Facebook səhifəmizdə