ATƏT-in Minsk qrupunun qiymətləndirmə missiyasının nəticələri bəli olub

ATƏT-in Minsk qrupunun qiymətləndirmə missiyasının nəticələri bəli olub
ATƏT-in Minsk qrupunun həmsədrləri 7-12 noyabr 2010-ci il Azərbaycanın yeddi işğal olunmuş ərazisində və eyni zamanda Dağlıq Qarabağ ərazilərdə ümumi vəziyyətinə qiymətin verilməsi məqsədi ilə sahə qiymətləndirmə missiyasını aparıblar. SİA-nın verdiyi xəbərə görə, həmsədrlərə ATƏT sədrinin şəxsi nümayəndəsi, onun maddi-texniki dəstək göstərən komandası, BMT-nin Ali Komissarlığın qaçqınlar üzrə idarəsinin iki mütəxəssisi və 2005-ci ildə faktların araşdırması missiyasının bir üzvü qoşulmuşdu. Hesabatda deyilir ki, 1000 km-dən çox məsafəni qət edəndən sonra həmsədrlər Dağlıq Qarabağ münaqişəsinin faciəli nəticələrinin və sülhün əldə olunmamasının danılmaz sübutların şahidi olublar: "Münaqişədən əvvəl mövcud olan şəhərlər və kəndlər viran ediliblər. Kəlbəcər və Laçın rayonlarda yerləşən şəhərciklərdə və yaşayış məntəqələrdə 14 000-ə yaxın adam yaşayır, halbuki bu barədə dəqiq məlumat yoxdur", - xülasədə deyilib. Həmsədrlərin qiymətinə görə 2005-ci ildən işğal olunmuş ərazilərdə əhalinin artım müşahidə olunmur. Etnik ermənilərdən təşkil olunmuş əhali Ermənistanın başqa rayonlarından bura köçürülmüşdür. Onlar çox ağır şəraitdə yaşayır, inkişaf olunmamış iqtisadiyyat və infrastrukturla. Çoxunun şəxsiyyəti təsdiq edən sənəd yoxdur. Bu ərazilərdə yaşayanların ağır durumu, "status-kvo"nun mümkünsüzlüyü sülh danışıqları yolu ilə münaqişənin həll olunmasında perspektivlərin əldə olunmasına dair həmsədrlərin fikirini qətiləşdirib. Həmsədrlər münaqişənin son nizamlanmasını təhlükə altında qoymamaq üçün tərəflərin liderlərini bu ərazilərdə hər hansı fəaliyyətdən çəkinməsinə çağırıblar. Onlar qəbiristanlıqların qorunmasını və şəxsiyyəti təsdiq edən sənədləri olmayan köçkünlərin statusu müəyyən etməsini məsləhət görüblər. Həmsədrlər sonraki missiyalarını Dağlıq Qarabağ münaqişəsindən zərər çəkmiş başqa rayonlarda da aparmaq niyyətindədilər və bu missiyalara müvafiq beynəlxalq təşkilatlardan mütəxəssisləri daxil etmək fikirindədilər. ATƏT-in qiymətləndirmə missiyası Azərbaycanın təşəbbüsü ilə 2010-ci ilin oktyabrın əvvəlində Azərbaycanın işğal olunmuş ərazilərində olan vəziyyətlə tanış olub. Qeyd edək ki, martın 23-24-də Vyanada səfərdə olan ATƏT-in Minsk qrupunun həmsədrləri Minsk qrupunda təmsil olunan ölkələrin nümayəndələri və qurumun baş katibi Mark Perrin de Brişambo ilə görüş keçiriblər. Görüşdə Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında vasitəçilik edən həmsədrlər yaxın keçmişdəki və qarşıdan gələn fəaliyyətləri barədə məlumat veriblər.

Bütün xəbərlər Facebook səhifəmizdə