"İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi tərəfindən təşkil olunan ənənəvi "Meydan Bazarı" başa çatıb. SİA-nın xəbərinə görə, bu "Meydan bazarı" 21-24 mart tarixlərində ardıcıl olaraq 4 gün 11:00-dan 18:00-a qədər Qoşa Qala Qapıları Meydanında təşkil olunub.
Novruz bayramı münasibəti ilə keçirilən tədbirdə pəhləvanların, kəndirbazların və sehrbazların çıxışı, milli tətbiqi sənət məhsullarının və suvenirlərin sərgi-satışı baş tutub. Eyni zamanda, bakılılar və şəhərimizin qonaqları milli geyimlərdə İçəri Şəhərin simaları ilə tanış olub və milli yeməklərimizdən dada biliblər.
Bayram əhval-ruhiyyəsini artırmaq üçün eyni zamanda Qız Qalasının qarşısında yerləşən meydanda hər gün musiqiçilər və müğənnilərin iştirakı ilə konsert proqramları nümayiş etdirilib.

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB