Gürcüstan saytı Azərbaycan Prezidentinin “Rossiya-24” kanalına müsahibəsini yayımlayıb

Gürcüstan saytı Azərbaycan Prezidentinin “Rossiya-24” kanalına müsahibəsini yayımlayıb

Gürcüstanda geniş oxucu kütləsinə malik olan, gürcü, rus və ingilis dillərində fəaliyyət göstərən gruzinform.ge portalı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Rusiya Federasiyasının “Rossiya-24” televiziya kanalına müsahibəsini yayımlayıb.

SİA xəbər verir ki, müsahibədə dövlətimizin başçısının Azərbaycan ilə Rusiya arasında ikitərəfli münasibətlər və digər məsələlərlə bağlı suallara cavabları oxuculara olduğu kimi təqdim olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə