Növbəti hədəf Suriya
Suriyada vəziyyət gərginləşir. SİA-nın türk mətbuatına istinadən verdiyi xəbərə görə, Deraa şəhərinin ardınca Casem şəhərinin sakinləri də nümayişçilərə qoşulub. Dörd gündür ki, burada etiraz aksiyaları səngimək bilmir. Ölkənin cənubunda yerləşən Deraa şəhərinin ardınca Casem şəhərinin sakinləri də nümayişçilərə qoşulub. Casem şəhərində yüzlərlə adam ölkə prezidenti Bəşər Əsədə və hakim "Ərəb sosialist dirçəlişi" partiyasına qarşı oturaq etiraz aksiyası keçiriblər. Xatırladaq ki, paytaxt Dəməşqdən 160 kilometr məsafədə yerləşən Deraa şəhərində kütləvi nümayiş keçirilmişdi. 5 nəfərin ölməsi ilə nəticələnən toqquşmalardan və nümayişçilərin bəzi obyektləri yandırmasından sonra şəhər Suriyanın təhlükəsizlik qüvvələri tərəfindən mühasirəyə alındı

Bütün xəbərlər Facebook səhifəmizdə