“Bir yol var, o da seçkidir” RƏY-ÖZƏL

“Bir yol var, o da seçkidir” RƏY-ÖZƏL

"Müxalifət düşərgəsini təmsil edən şəxslərin hədələyici tonla danışması qəbul olunan məsələ deyil". Bunu SİA-ya açıqlamasında Azərbaycan Mətbuat Şurasının sədr müavini, Beynəlxalq Avrasiya Mətbuat Fondunun sədri Umud Rəhimoğlu deyib.

Onun sözlərinə görə, bir yol var, o da seçki yoludur: "Yəni əgər sizin elektarat varsa buyurun seçkilərə qatılın və öz sözünüzü ifadə edin. Yoxsa mən seçkilərə getmirəm və başlayıram aksiyalar keçirməyə və bu kimi məsələlər düzgün deyil. Bu baxımdan da, bu cür çağırışları qətiyyətlə pisləyirəm. Azərbaycan cəmiyyəti və ölkəmiz üçün zərər gətirən bu cür hərəkətlərə yol vermək olmaz. Yaxşı olardı ki, adları çəkilən qüvvələr belə hərəkətlər etməsinlər. Bu məkrli qüvvələrin ölkəmizlə bağlı xoşagəlməz planları heç zaman baş tutmayacaqdır. Çünki bu gün Azərbaycan dövləti dünya ölkələri arasında öz sözünü demiş və hörmətini qazanmış bir dövlətdir. Heç bir qüvvə ölkəmizin uğurlarına, inkişafına kölgə sala bilməyəcəkdir".

Müəllif: Gülyana

Bütün xəbərlər Facebook səhifəmizdə