Yeni tədbirlər planı hazırlanıb

Yol qəzaları zamanı Daxili İşlər, Səhiyyə və Fövqəladə Hallar nazirlikləri əməkdaşlarının hadisə yerinə vaxtında çatmaları ilə bağlı birgə tədbirlər planı hazırlanıb. SİA xəbər verir ki, bunu “Azərbaycan Respublikasında yol hərəkətinin təhlükəsizliyinə dair 2019-2023-cü illər üçün Dövlət Proqramı”nın müzakirəsi və ekoloji təmiz nəqliyyat vasitələrinin təşviqinə həsr olunan ictimai müzakirə mövzusunda keçirilən tədbirdə Baş Dövlət Yol Polis İdarəsinin Yol-Patrul Xidməti şöbəsinin rəisi, polkovnik Kamran Əliyev deyib.

Polkovnik Kamran Əliyev bildirib ki, reginonda hər üç nazirliyin rəhbərləri tərəfindən təsdiq edilmiş plan əsasında təlimlərə başlanıb. "Artıq belə təlimlərdəm biri Gəncədə keçirilib", deyə Baş Dövlət Yol Polis İdarəsinin Yol-Patrul Xidməti şöbəsinin rəisi məlumat verib.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə