"Dekabrın 23-də azad və xalqın iradəsi əsasında bələdiyyə seçkiləri keçirildi və yekunları da bəllidir". Bunu SİA-ya açıqlamasında Müasir Müsavat partiyasının sədri Hafiz Hacıyev deyib.
Onun sözlərinə görə, bu “Milli Şura”, juliklər şurası, bu gədələr seçkiləri “boykot” çağırışı ilə çıxış etdilər, amma seçkilər baş tutdu: "Onlar özləri-özlərini “boykot” etdilər. Küçə uşağı, Amerikanın agentura şəbəkəsinin əməkdaşı, ermənilərin bir bığ qoyanı Həsənov Cəmil seçkilərə qatılmadı deyə, biz bütün gün oturub ağlayası deyilik ki. Seçkilər keçirildi, nəticəsi də bəllidir, kimlərdə seçilibsə, biz onları təbrik edirik. Ümumiyyətlə, hər dəfə seçki öncəsi adları çəkilən qüvvələrin bu cür anormal hərəkətlərə əl atması onlara “ağalarından” verilən növbəti tapşırıqdır və bu da bir daha təsdiq edir ki, onların quyruqları başqa adamların əlindədir. Bir sözlə, adları çəkilən şəxslər müxalifət adı ilə xarici qüvvələr tərəfindən çox yaxşı dolanırlar. Ona görə də, o müxalif gədələri çox şişitrmək olmaz, biz onların adın çəkdikcə onlara da xaricdən pul verilir. Əslində onları eşidən, hay-küylərinə əhəmiyyət verən yoxdur".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB