"Bu gün Azərbaycan regionun lider dövlətidir" ÖZƏL-MÜNASİBƏT

"Bu gün Azərbaycan regionun lider dövlətidir" ÖZƏL-MÜNASİBƏT

“Artıq 16 ildir ki, cənab Prezidentin rəhbərliyi altında Azərbaycan böyük bir yol keçib. Dövlət başçısı ilk dəfə Prezident seçiləndə belə bir ifadə işlətmişdir ki, “Mən hər bir Azərbaycan vətəndaşının Prezidenti olacam”. O ifadədən sonra cənab Prezident hər bir addımı ilə, hər bir sərəncamında, qəbul etdiyi fərmanda, ümumiyyətcə isə fəaliyyətində bunu hər dəqiqə sübut edirdi. İstər daxili, istərsə də xarici siyasətdə bu özünü nümayiş etdirir". Bu fikirləri SİA-ya Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədr müavini, YAP-ın Beynəlxalq əlaqələr şöbəsinin müdiri Sevinc Fətəliyeva deyib.

Deputatın sözlərinə görə, bu gün Azərbaycan müxtəlif beynəlxalq təşkilatlarda sədrlik edir və müxtəlif beynəlxalq təşkilatlarda gündəmdə olan dövlətləri, müxtəlif millətlərin, dinlərin nümayəndələrini bir masa arxasında otuzdurub dialoq təşkil edə bilir: "Ona görə ki, müsəlman dövləti olaraq həm Avropa, həm də Asiya ilə möhkəm əlaqələrin qurulması, qarşılıqlı etimad əsasında bu münasibətlərin qurulması düşünürəm ki, unikal bir haldır. Azərbaycan bu gün öz dəyərləri, dünyagörüşü və dünyada gedən proseslərlə artıq özünəməxsus bir yer tutur. Bu yer ondan ibarətdir ki, bu gün Azərbaycan Avropa-Asiya, eləcə də Şərqlə-Qərb arasında bir körpü rolunu oynayır. Bu gün istər dinlərarası, istərsə də millətlərarası dialoqun təşkilində düşünürəm ki, Azərbaycan aparıcı qüvvələrdən biridir. Ona görə ki, bu gün dünyada gedən proseslər onu göstərir ki, müəyyən məsələlərdə dini dözümsüzlük, müəyyən dialoqun mövcud olmaması və qarşı tərəfin başa düşməməzliyi kimi səbəblərdən müəyyən münaqişələr baş verir. Bu gün baxmayaraq ki, Azərbaycanın torpaqları işğal altındadır, Azərbaycan öz sülh missiyasını yerinə yetirir və bu gün dünyada gedən proseslərdə yenə də müəyyən həlledici rol oynayır. Bu gün eyni zamanda Azərbaycan Avropanın enerji təhlükəsizliyini təmin edən bir dövlətdir. Ölkəmiz bu gün regionun lider dövlətidir. Bu gün Azərbaycan müxtəlif dövlətlərlə bərabərhüquqlu əməkdaşlıq edir. Bu əməkdaşlıq ilk növbədə qarşılıqlı fayda əsasında qurulur”.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə