Şahlar Əsgərov: “Ali məktəblərdə sağlam mühitin az, neqativ halların çox olması tələbələri pis təsir altına alır”
"Ali məktəblərdə sağlam mühitin az, neqativ halların çox olması tələbələri pis təsir altına alır. Hazırda onlarla işləmək lazımdır". Bu barədə SİA-ya açıqlamasında təhsil eksperti Şahlar Əsgərov son günlərdə baş verən aksiyalara tələbələrin, gənclərin cəlb olunmasının səbəblərinə münasibət bildirərkən deyib. O bildirib ki, müəllim tələbəyə öz balası kimi baxmırsa, bu problem həmişə yaranacaq. Bizim ölkə ilə müqayisədə Amerikada belə şeylərin heç zaman olmayacağını deyən Ş.Əsgərov vurğulayıb ki, orada münasibətlər 2 dost münasibətidir.
"Bizdə münasibət 2 dost münasibəti deyil. Hər birimiz tələbəyə dost kimi baxmalıyıq. Tələbə bu münasibəti görəndə küçəyə çıxır və dövlətə etiraz edir ki, bu müəllimi universitetdə saxlamasın. İnsanlar anadan olanda haqqa, ədalətə və Allaha inamla doğulur. Yavaş-yavaş həyat onu haqdan, inamdan uzaqlaşdırır", - deyə o əlavə edib.
Ş.Əsgərov qeyd edib ki, 1993-cü ildə Heydər Əliyev hakimiyyətə gəldikdən sonra tələbələrə həmişə xüsusi qayğı göstərilib. Onun sözlərinə görə, Heydər Əliyev gənclər günü elan edib, Gənclər və İdman Nazirliyi yaranıb: "Gəncləri öz başına buraxmaq olmaz. Yaddan çıxarmayaq ki, 21-ci əsr informasiya əsridir. Yəni, Azərbaycan ortada qalan ölkə deyil, belə ki, onun hər tərəfə inkişafı və çıxışı var. Əgər kimsə küçələrə çıxırsa, ondan soruşmaq lazımdır ki, niyə çıxırsan? Bu məsələyə yanaşmanın özündə bir səhv var. Ali məktəblərdə rüşvət yığılırsa, onlarıın aksiya keçirmələrinə ehtiyac yoxdur. Əgər tələbələr saxta diplom alıbsa, burada təmiz mühit yaradıla bilməz.

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB