Jurnalistin hədəfə alınması mediaya təzyiq cəhdidir

Jurnalistin hədəfə alınması mediaya təzyiq cəhdidir

“Bu açıq-aşkar qorxutmaq, mediaya təzyiq etmək cəhdidir və heç bir yaxşı nəticə vəd etmir.” SIA Ermənistana məxsus aysor.am saytında yayımlanan məlumata istinadən xəbər verir ki, bunu "Joxovurd" qəzetinin redaktoru Knar Manukyan jurnalistlərə müsahibəsində deyib.

Qəzetin redaktoru Knar Manukyan redaksiyaya soxulmağın oğurluğa cəhd olduğunu qəbul etmir.

"Heç bir şey deyə bilmərəm, amma bu hərəkət, qorxmaq, mediaya təzyiq göstərmək məqsədi daşıyır və bu heç bir yaxşı nəticəyə gətirib çıxarmayacaqdır. Bütün çəkməcələr açıq idi və aydındır ki, bir şey tapmaq istəyirdilər deyə ofisimi alt-üst etmişdilər. Şübhələnə bilərəm ki, bu hüquq-mühafizə orqanları əməkdaşlarının qorxutmaq, xəbərdarlıq etmək, amma oğurlamamaq cəhdi olub, çünki onların götürə biləcəkləri şeylər olsa da heç nə götürmürlər”, deyə qəzet redaktoru bildirib.

"Mənim addımım" partiyasının parlament üzvü Taqui Tovmasyan da öz növbəsində redaksiyada baş verən hadisənin jurnalistin mənbələrini tapmaq məqsədi daşıdığını istisna etməyib.
"İndi jurnalistlərin hədəfə alınmasından çox narahatam. Belə çıxır ki, hər hansı bir jurnalist materialı yazanda düşünməlidir ki,birdən gələrlər, birdən götürüb apararlar, sonra dindirməyə çağırarlar və buna dair sübutlar verməli olarlar. Mənbəyi də ifşa edə bilmirlər. Çünki jurnalistin mənbəyi onun iş vasitəsidir və jurnalist bundan məhrum olduğu təqdirdə, peşə fəaliyyətini həyata keçirmək imkanlarından məhrum olur”, deyə T.Tovmasyan jurnalistləri müdafiə edib.
Xatırladaq ki, gündəlik “Joxovurd” qəzetinin baş redaktoru Knar Manukyan bu yaxınlarda 1 mart hadisəsində bəzi vəzifəli şəxslərin ifadələrinin dərc edilməsi ilə əlaqədar cinayət işində dindirilməyə çağrılmışdı. Xüsusi istintaq xidməti jurnalistdən məlumat mənbəyini açıqlamasını tələb edir. Jurnalistin telefon danışıqlarına da qulaq asılıb.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə