"Azərbaycanla Ukrayna hərbi-texniki sahədə birgə işlər reallaşdıra bilərlər" RƏY-ÖZƏL

"Azərbaycanla Ukrayna hərbi-texniki sahədə birgə işlər reallaşdıra bilərlər" RƏY-ÖZƏL

“Ukrayna və Azərbaycan arasında əməkdaşlığı daha da inkişaf etdirilməsi istiqamətində perspektivlər mövcuddur. Xüsusilə hərb-texniki sahədə birgə işlərin reallaşdırmasında hər iki tərəfin geniş imkanları var”. Bu fikirləri SİA-ya açıqlamasında politoloq Məhəmməd Əsədullazadə deyib.

Ukraynanın inkişaf etmiş raket sənayesinn olduğunu deyən politoloq söyləyib ki, Azərbaycan bu ölkədə, yaxud, burada Ukrayna ilə birgə ballistik raketlərinin analoqu olan raketlərin birgə istehsalını reallaşdıra bilər.

Ukrayna prezidenti Vladimir Zelenskinin ölkəmizə rəsmi səfərinə gəlincə, M.Əsədullazadə səfərin mühüm əhəmiyyət kəsb etdiyini dilə gətirib: “Hər iki ölkə GUAM çərçivəsində əməkdaşlıq edir və bir-birlərinin ərazi bütövlüyünü dəstəkləyir. Azərbaycanla Ukrayna arasındakı əməkdaşlıq inkişaf edərək strateji əməkdaşlığa, dostluğa çevrilib. Eyni zamanda, iki ölkə arasında bir sıra iqtisadi layihələr həyata keçirilir”.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə