Ukrayna prezidentinin Azərbaycanı dəstəkləməsi erməniləri qıcıqlandırıb
Ermənistan Xarici İşlər Nazirliyi Zelenskinin Bakıda səsləndirdiyi fikirlərə cavab verib. SİA Ermənistana məxsus armenianreport.com saytında yayımlanan məlumata istinadən xəbər verir ki, Ermənistan Xarici İşlər Nazirliyinin nümayəndəsi Ukrayna liderinin Azərbaycanda səsləndirdiyi fikirlərə reaksiya verərək nazirliyin mövqeyini açıqlayıb.
Ermənistan Xarici İşlər Nazirliyinin sözçüsü Anna Naqdalyan Ukrayna Prezidenti Vladimir Zelenskinin Bakıya səfəri zamanı verdiyi “ərazi bütövlüyü haqqında” açıqlamasına münasibət bildirərkən Qarabağ münaqişəsinin üç prinsip, o cümlədən millətlərin öz müqəddəratını təyinetmə hüququ əsasında həll olunmalı olduğunu deyib.
Nazirliyin sözçüsü Ermənistan tərəfinin ATƏT öhdəliklərini yerinə yetirməkdə davam edəcəyini bəyan edib.
Xatırladaq ki, Ukrayna Prezidenti Vladimir Zelenski Bakıda rəsmi səfərdə olarkən Ukraynanın Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyini söyləmişdi. Görünür, Ukrayna prezidentinin Azərbaycanı dəstəkləməsi erməniləri qıcıqlandırıb. Əks halda, Ermənistan Xarici İşlər Nazirliyinin sözçüsü belə bir çıxış edib, Ermənistan tərəfinin narazılığını ifadə etməzdi.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB