Əflatun Amaşov: "Bu media artıq kağız mediası, televiziya mediası deyil, internet mediasıdır"

Əflatun Amaşov: "Bu media artıq kağız mediası, televiziya mediası deyil, internet mediasıdır"
"Bu media artıq kağız mediası, televiziya mediası deyil, internet mediasıdır. Avropada internet televiziyalara baxanların sayı milyonlarladır". Bu sözləri Mətbuat Şurasının sədri Əflatun Amaşov jurnalistlərə açıqlamasında bildirib. Onun sözlərinə görə, dünya əhalisinin kifayət qədər hissəsi facebookdan və internetdən istifadə edir: "Eyni zamanda Azərbaycanda internet televiziyaların və radioların sayı ondan çoxdur. Minə yaxın insan Azərbaycanda informasiyaları məhz həmin vasitələrlə əldə edirlər".

Ə.Amaşov onu da əlavə edib ki, hazırda jurnalistlərin əmək haqqları aşağıdır, bəzi jurnalistlər kifayət qədər əmək haqqı alsalar da belə sənədləşmədə müəyyən problemlər yaranır.

Mətbuat Şurasının sədrinin dediyinə görə, evlə bağlı Mətbuat Şurasında sosial komissiya var və bu komissiya araşdırma apararaq evlə bağlı kifayət qədər problemlərin olduğunu üzə çıxarıb. "Mənzillərin tikilməsi problemi Mətbuat Şurasında qaldırılıb və cənab prezidentin Mətbuat Şurası ilə görüşündə bu məsələ ortaya qoyulub. Artıq məsələ ilə bağlı fond məşğuldur və yəqin ki, yaxın günlərdə evin tikintisinə başlanacaq",- deyə sədr əlavə edib.

Bütün xəbərlər Facebook səhifəmizdə