Liviya üsyançıları daha bir şəhəri itirdi

Liviya üsyançıları daha bir şəhəri itirdi

Liviya lideri Muammar Qəddafinin hərbi qüvvələri üsyançıların qalası hesab edilən Bengazi şəhərinin qarşısındakı son müqavimət nöqtəsi olan Ecdebiyə şəhərində nəzarəti ələ keçirib. SİA-nın "Guardian" qəzetinə istinadən verdiyi məlumata görə, Liviya ordusu Bengazidəki üsyançılara "silahlarınızı yerə qoyun" çağırışı edib.

 

Üsyançı qüvvələrin komandirlərdən biri Bengazidən 150 kilometr uzaqlıqdakı şəhəri müdafiə edən qüvvələrin geri çəkildiyini, qalanların isə silahlarını Qəddafi güclərinə təslim etdiyini söyləyib. Qəddafi bununla da son 11 gün ərzində üsyançıların Sirt körfəzində nəzarət altına aldığı bütün şəhərləri geri almış oldu.

 

Liviya ordusu dövlət televiziyası ilə xalqa müraciət edib. Müraciətdə bildirilib ki, təslim olan üsyançılardan intiqam alınmayacaq. Ecdebiyə uğrunda hərbi əməliyyatlar davam edən saatlarda Fransanın "Röyters" xəbər agentliyinə açıqlama verən Süleyman adındakı üsyançı general "döyüşü uduzduq, Qəddafi əlindəki hər şeyi bizə qarşı istifadə edir" deyib. Bengazidəki bəzi üsyançı birliklərin də indidən Misir sərhədinə doğru qaçmağa başladığı bildirilir.

 

Ecdebiyənin Qəddafi tərəfindən ələ keçirildiyi saatlarda ölkənin qərbində üsyançıların əlindəki tək şəhər olan Misrataya da hücum başlayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə