“Destruktiv müxalifət milli maraqlarımıza qarşı pozucu cəhdlər edir” RƏY-ÖZƏL

"Hər zaman destruktiv müxalifət milli və dövlətçilik maraqlarımıza qarşı pozucu cəhdlər göstərir". Bunu SİA-ya açıqlamasında millət vəkili Məlahət İbrahimqızı deyib.

Onun sözlərinə görə, bu məkrli fəaliyyətləri ilə seçilən müxalif partiyalar və onların liderləri yarandıqları gündən xarici mərkəzlərə bağlı olublar, bəziləri də ermənipərəst qüvvələrə xidmət edirlər: "Bu gün dünya erməni diasporunun, erməni lobbisinin təsiri altında olan ABŞ-ın Senatı “erməni soyqırımı” ilə bağlı layihəni qəbul edib. Bu nəyin göstəricisidir? Bu bir daha göstərir ki, ABŞ ATƏT-in Minsk Qrupunun həmsədri kimi heç vaxt obyektiv mövqe göstərə bilməz. Erməni işğalçılarının Azərbaycana qarşı törətdikləri işğalçılığı pisləmək əvəzinə, “işğala son qoy” demək əvəzinə Ermənistanın maraqlarına dəstək verir. BMT və digər dünyanın nüfuzlu beynəlxalq təşkilatları Ermənistanın işğalçılıq siyasətini pisləyib, Azərbaycanın işğal edilən torpaqlarının boşaldılması ilə bağlı qətnamə qəbul edib. Eləcə də bəzi ölkələr erməni hərbi birləşmələrinin Xocalıda törətdikləri vəhşiliklər soyqırımı aktı olaraq tanıyıb. ABŞ-ın bir sıra əyalətlərində, ştatlarında Xocalı soyqırımı tanıyan qətnamələr, sənədlər qəbul olunub. Amma çox təəssüf bütövlükdə ABŞ, Senatı, Konqresi bununla bağlı mövqe göstərməyib. Yəni dünyanın gözü qarşısında baş vermiş Xocalı soyqırımına, Xocalı cinayətinə qarşı mövqe göstərmirlər. Bu da nə deməkdir? Bu da bir daha onların ermənipərəst mövqeyə malik olduqlarını göstərir. Azərbaycanda fəaliyyət göstərən desktruktiv müxalifəti ölkəmizə qarşı dünyada gedən qlobal təhdidləri, təhlükəni görərəkən onların maraqlarına dəstək verməyə çalışır, müəyyən təxribatlar, pozucu aktlarla Azərbaycanın artan nüfuzuna, sosial, iqtisadi, hərbi gücünə kölgə salmağa çalışırlar. Bilirsiniz seçki siyasi mübarizədir, parlament siyasi mübarizənin məkanıdır, meydanıdır, tribunasıdır, arenasıdır, yəni siz gəlin seçkilərdə iştirak edin və hansı sosial dayaqlara malik olduğunuzu nümayiş etdirin. Seçkidə iştirak etməmək, özünə inamsızlıqla bağlıdır. Onlar bilirlər ki, xalq onlara səs verməyəcək. Çünki xalq onları yaxşı tanıyır, hansı qaranlıq keçmişə, bu günki məkrli planlar həyata keçirməyə çalışdıqlarını bilir. Azərbaycanda keçirilən parlament seçkilərinə qatılmamaqla ölkədə nə isə bir xoşagəlməz bir vəziyyət yaradacaqlarını düşünürlər. Amma onlar heç vaxtı buna nail ola bilməyəcəklər. Bir sözlə, xalqımız seçkidə iştirak etsələr belə desktruktiv müxalifətə heç vaxtı səs verməz, çünki onların mövqeyi də, dəstəkçiləri də məlumdur".

Müəllif: Gülyana

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...