Türkiyədən qorxan ermənilərin yuxusu ərşə çəkilib

Türkiyənin Ermənistanı təhdid etdiyi ilk hadisə deyil və ilk "zərbə" dayandırılıb. SİA Ermənistana məxsus rusarminfo.ru saytında yayımlanan məlumata istinadən xəbər verir ki, noyabrın sonunda İsveçdə çıxan "Nordic Monitor" nəşrinin, Türkiyə hərbi rəhbərliyinin Ermənistana zərbə endirmək planlarını təsdiq edən məxfi materiallar dərc etdiyi barədə özlərinin yaydıqları xəbərlər erməniləri qorxuya salıb.

Nəşrin Türkiyənin Ermənistana qarşı hərbi əməliyyat planı barədə yazdıqları Ermənistana məxsus rusarminfo.ru saytında rezonans doğurub. Ermənistana məxsus mətbuat səhifəsi həmçinin yazır ki, maraqlıdır, rəsmi Ankara bu mesajı hələ də təkzib etməyib. Həmçinin ermənilər düşünürlər ki, bu, Ermənistanın yaxın tarixində Türkiyənin Ermənistana zərbə endirməyi planlaşdırdığı ilk niyyəti deyil. Onlar hesab edirlər ki, Türkiyə Ermənistana iqtisadi və digər təzyiq vasitələrindən istifadə etməyə başlayıb və bu mətbuat səhifələrində də öz əksini tapır. Ankaranın rəsmi olaraq Ermənistanla sərhədi bağlaması, azərbaycanlı mütəxəssislərin yenidən hazırlanması haqqında saziş imzalaması da erməniləri qızıqlandırdığı onların mətbuat orqanlarında açıq-aşkar hiss olunur.

Ermənistan hakimiyyəti də elə hesab edir ki, Türkiyədən təhdidlər var və bu dövlətin xarici siyasət gündəliyində prioritet hesab olunur.

Ermənistana məxsus sözügedən saytda qeyd olunur ki, Türkiyə ermənilərə qarşı düşmənçilik siyasətini davam etdirir, quru sərhədlərini bağlayır, Ermənistana qarşı çıxış edərək Azərbaycana siyasi və hərbi dəstək verir və bununla da onları təhdid edir. Bir sözlə, Türkiyədən qorxan ermənilərin yuxusu ərşə çəkilib və hər an başları üzərinə enə biləcək zərbə qorxusu ilə yaşayırlar.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...