"Xaricdə yaşayan azərbaycanlılar üçün xüsusi dərsliklər hazırlanıb" Komitə sədri

"Xaricdə yaşayan azərbaycanlılar üçün xüsusi dərsliklər hazırlanıb”. SİA-nın verdiyi məlumata görə, bunu Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov Muradov Yeni Azərbayacan Partiyasının İcra Katibliyində keçirilən mətbuat konfransında deyib.

O bildirib ki, xaricdə yaşayan azərbaycanlılar üçün hazırlanmış xüsusi dərsliklər Təhsil Nazirliyinə təqdim edilib: “Fransanın Nant, İsveçrənin Bern, Polşanın Varşava, İsveçin Stokholm şəhərlərində “Qarabağ” adlı həftəsonu Azərbaycan məktəbləri açılıb”.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə