"TANAP regional əməkdaşlıq layihəsidir" ÖZƏL-MÜNASİBƏT

"TANAP regional əməkdaşlıq layihəsidir. Bu layihə qitələri birləşdirir və layihədə iştirak edən ölkələrə böyük gəlirlər gətirəcəkdir". Bunu SİA-ya millət vəkili Azər Badamov deyib.

Deputatın sözlərinə görə, artıq TANAP Avropa sərhədlərinə qədər uzanmışdır və Cənub Qaz Dəhlizinin növbəti mərhələsi olan TAP-ın tikintisinin 90%-dən çoxu icra olunmuşdur: "Bu onu deməyimizə imkan verir ki, yaxın zamanda TAP layihəsi də təntənəli şəkildə istifadəyə veriləcəkdir. Bu layihələrin ərsəyə gəlməsi röyaların çin olması deməkdir. Çünki, çoxlu ölkələr bu layihəni yuxu kimi görürdü və reallaşacağına inanmırdılar. Amma Azərbaycanla Türkiyənin dostluğu və qardaşlığı mümkünsüz görünən layihələri mümkün edir. Azərbaycanın iştirak etdiyi bütün layihələr uğurla icra olunur və bu gün ölkəmizə böyük gəlirlər gətirir. Məsələn, Bakı-Ceyhan, Bakı-Ərzurum və Bakı-Tiblisi-Qaras layihələri dünyada əsirin ən böyük layihələridir. Belə böyük layihələrin reallaşması Ulu Öndərin qoyduğu iqtisadi-siyasi xəttinin uğurları və ölkə başçısı cənab İlham Əliyəvin uzaqgörən siyasəti və möhkəm iradəsinin məntiqi nəticələrini hesab edirəm".

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə