Anjey Kaspşik: “Fariz Bədəlovun qətlə yetirilməsi ilə bağlı monitorinqin nəticələrinə dair hesabatı ATƏT sədrinə təqdim etmişəm”

Anjey Kaspşik: “Fariz Bədəlovun qətlə yetirilməsi ilə bağlı monitorinqin nəticələrinə dair hesabatı ATƏT sədrinə təqdim etmişəm”

"Fariz Bədəlovun snayperlə qətlə yetirilməsi ilə bağlı apardığımız monitorinqin nəticələrinə dair hesabatı ATƏT-in fəaliyyətdə olan sədri Audronyus Ajubalisə təqdim etmişəm". SİA-ya açıqlamasında bu sözləri ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşik söyləyib.

 

Azyaşlı uşağın öldürülməsindən sonra tərəflərə hadisənin olduğu ərazidə monitorinq keçirmək üçün müraciət etdiyini deyən ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi bildirib ki, həmin gün cəbhənin başqa bir istiqamətində monitorinq keçirməyi planlaşdırmışdılar. O, F.Bədəlovun öldürülməsi ilə əlaqədar bir gündə iki monitorinq keçirməli olduğunu bildirib: "Qrupum hadisə yeri ilə tanış olub, yerli hakimiyyət orqanları və yerli komandirləri dinlədikdən sonra monitorinqin nəticələrinə dair hesabat hazırladıq. Hesabatı bu gün Bakıda səfərdə olan ATƏT sədrinə təqdim etdim".

 

Şəxsi nümayəndə araşdırma aparmaq üçün mandatının olmadığını bildirib və qeyd edib ki, araşdırma aparılması üçün ekspertlər, maliyyə vəsaiti lazımdır. Araşdırmanın nə vaxt olacağına gəlincə A. Kaspşik vurğulayıb ki, bu, regiona gələn həmsədrlərlə müzakirələrdən sonra məlum olcaq.

Bütün xəbərlər Facebook səhifəmizdə