Bu gün ATƏT-in fəaliyyətdə olan sədri, Litvanın xarici işlər naziri Audronyus Ajubalis Azərbaycana rəsmi səfərə gəlib. SİA-nın xəbərinə görə, səfər çərcivəsində o, sabah xarici işlər naziri Elmar Məmmədyarovla görüşəcək. Görüşdə Dağlıq Qarabağ münaqişəsi də diqqət mərkəzində olacaq.
Xatırladaq ki, ATƏT sədri bundan əvvəl Cənubi Qafqaza martın üçüncü ongünlüyündə gələcəyini bildirib.
Qeyd edək ki, bu, Audronyus Ajubalisin ATƏT sədri postunda regiona ilk səfəridir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB