İrəvandakı Sisernakaberd şossesində avtomobil yoldan çıxaraq tərsinə çevrilib. SİA Ermənistana məxsus aysor.am saytında yayımlanan məlumata istinadən xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
Məlumatda qeyd olunur ki, Fövqəladə Hallar Nazirliyinin “911” xidmətinə noyabrın 28-də saat 19:18 radələrində İrəvanın Sisernakaberd şossesində bir avtomobilin qəzaya uğraması barədə məlumat daxil olub.
Hadisə yerinə İrəvan Fövqəladə Hallar Nazirliyinin xilasetmə bölməsinin yanğınsöndürmə briqadası yola düşüb. Hadisə yerinə çatdıqdan sonra məlum olub ki, Halabyan küçəsinin Monte Melkonyan küçəsindəki hissəsində Chevrolet Aveo markalı avtomobil yoldan çıxaraq aşıb. Xilasedicilər hadisə yerinə gəlməmişdən əvvəl sürücü avtomobildən çıxarılaraq Mərkəzi Hərbi Klinik Xəstəxanaya yerləşdirilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB