"Əli Kərimli, Arif Hacılı və digərləri bu məsələyə belə şübhəli və iyrənc yanaşmasında “qeyri-adi” bir şey yoxdur. Niyə görə? Çünki onların özündə belə siyasi mədəniyyət yoxdur". Bunu SİA-ya açıqlamasında media eksperti Müşfiq Ələsgərli deyib.
Onun sözlərinə görə, demək olar ki, adları çəkilən bu şəxslər heç vaxt ölkə, ümumi komanda maraqları və islahatların inkişafı naminə heç vaxt bir-birlərinə güzəştə getməyiblər, addım atmayıblar, yapışdıqları postdan əl çəkməyiblər: "Bir sözlə, onlara qeyri-adi gəlir ki, yəni bir insan tutduğu vəzifəni ölkənin inkişafı naminə və xalqın rifahının yaxşılaşmasına görə dəyişə bilərmi. Yəni sözügedən şəxslər üçün bu məsələ çox qeyri-adi bir haldır. Adları çəkilən şəxslər həm hakimiyyətdə olanda heç vaxt bir-birlərinə güzəştə getməyiblər, həm də 26 ildir ki, müxalifətdə eyni postda oturublar və eyni şeyləri çərənləyirlər. 26 ildir ki, onlar oturduqları stollarını, nə özlərini, nə də ki, ideyalarını dəyişmirlər. Bir sözlə, Yeni Azərbaycan Partiyası siyasi Şurasının irəli sürdükləri təklif həqiqətən də bir yenilikdir, böyük siyasi mədəniyyətdir ki, ölkədə islahatlara dəstək vermək naminə tutduqları postdan geri çəkilirlər. Bu böyük mədəniyyətdir və bu mədəniyyət müxalifətdə yoxdur və heç vaxtı da olmayıb. Bu baxımdan, adları çəkilən şəxslərin bu məsələyə bu qədər gülünc, ironiya ilə yanaşması da başa düşüləndir. Çünki onların özündə heç vaxtı belə siyasi mədəniyyət olmayıb".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB