Ermənistanın keçmiş baş prokuroru və 2008-ci il martın 1-də cinayət işində ittiham olunan sabiq deputat Qevorq Kostanyan axtarışdadır. SİA Ermənistana məxsus rusarminfo.ru saytında yayımlanan məlumata istinadən xəbər verir ki, bu barədə Ermənistanın Xüsusi İstintaq Xidmətinin sözçüsü Marina Oqanjanyan deyib.
Onun sözlərinə görə, məhkəmədən Qevorq Kostanyan barəsində həbs qətimkan tədbiri seçilib.
Xatırladaq ki, bu ilin sentyabrında Kostanyan, 1 Mart işinə görə dəvət edilib. Bunun ardınca Kostanyan Ermənistandan kənarda olduğunu və daha sonra qayıdacağını söyləyib. Noyabrın 25-də Ermənistanın keçmiş baş prokurorunun istintaq orqanlarına gəlməsi üçün 48 saat vaxt verilib. Amma bu vaxta qədər sözügedən baş prokuror istintaqa gəlməkdən yayınıb və artıq o axtarışa da verilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB