"Bu cür görüşlərin ölkəmizdə keçirilməsinin böyük əhəmiyyəti var" ŞƏRH-ÖZƏL

"Bu cür görüşlərin ölkəmizdə keçirilməsinin böyük əhəmiyyəti var" ŞƏRH-ÖZƏL

“NATO və Rusiyanın hərbi rəhbərliyinin Azərbaycanda görüşləri mütəmadi bir ənənədir. Çünki bu artıq birinci dəfə deyil və keçən görüşlərdə də ən mühüm məsələlər istər Suriya, İraq və digər qlobal və regional məsələlərlə bağlı müzakirələr aparılır. Bakının görüş yeri kimi seçilməsi də təsadüfi deyil”. Bu fikirləri SİA-ya siyasi şərhçi Arzu Nağıyev Rusiya Federasiyası Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeri Gerasimovun və NATO-nun Hərbi Komitəsinin sədri, Aviasiya Baş Marşalı ser Stüart Piç arasında görüşün Bakıda keçirilməsinə münasibət bildirərkən deyib.

O bildirib ki, önəmli görüşün Bakıda baş tutması təhlükəsizliyə verilən zəmanətlə yanaşı, dövlətimizin yürütdüyü siyasətdir: “Azərbaycan belə tədbirlərə ev sahibliyini etməklə sülhə və sabitliyə öz töhfəsini verir. Bununla yanaşı, NATO və Rusiya rəhbərliyinə özümüzün də təhlükəsizliyimizə təhdid olan, o cümlədən Dağlıq Qarabağ həqiqətlərini birbaşa çatdırmaq imkanı əldə edirik. Bu baxımdan bu cür görüşlərin Azərbaycanda baş tutması proseslərin tənzimlənməsində mühüm əhəmiyyət kəsb edir”.

Azərbaycanın heç bir hərbi blokda təmsil olunmadığını deyən siyasi şərhçi söyləyib ki, ölkəmiz paralel olaraq ikitərəfli əlaqələrə önəm verir və tərəfdaşlıq edir: “Bu baxımdan NATO-nun etibarlı tərəfdaşı kimi Əfqanıstanda NATO -nun tədbirlərində bilavasitə təmsil edilir, Sülh Naminə Tərəfdaşlıq Proqramı çərçivəsində də iştirak edirik. Rusiya ilə də hərbi sahədə tərəfdaşlığımız mövcuddur və koordinasiyalı şəkildə tədbirlərdə qarşılıqlı tərəfdaşıq

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə