İrəvan-Moskva aviareysi Rostov şəhərinə enməyə məcbur olub. SİA Ermənistana məxsus rusarminfo.ru saytında yayımlanan məlumata istinadən xəbər verir ki, bu barədə Ermənistanın Mülki Aviasiya Komitəsi Facebook səhifəsində məlumat verib.
Məlumatda qeyd olunur ki, İrəvan-Moskva aviareysi Rostov-on-Don hava limanına təcili eniş etmək məcburiyyətində qalıb. Həmçinin məlumat verilir ki, noyabrın 26-da İrəvan-Moskva NGT930 reysini yerinə yetirən və Ermənistan Hava Yollarına məxsus Boeing 737-500 EK 73736 təyyarəsi Rostov-on-Don hava limanına naməlum səbəblərdən təcili eniş edib. Təyyarənin təcili enişinin təfərrüatları barədə məlumat verilmir.
Müəllif: İnam Hacıyev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB