Xalqımızın milli adət-ənənəsinə uyğun olaraq, baharın gəlişi Novruz bayramı ilə əlaqədar İlaxır çərşənbə münasibətilə Bakı Şəhər İcra Hakimiyyəti xalqımızı təbrik edir və bayram şənliyinə dəvət edir.
Bakı Şəhər İcra Hakimiyyətindən SİA-ya verilən xəbərə görə, martın 15-də saat 12.00-da Azneft meydanından dəvələrdən ibarət karvanla hərəkət edərək Suraxanı rayonu Atəşgah məbədindən od götürən milli geyimli oğlan və qızlar milli musiqi sədaları altında Novruz personajlarının iştirakı ilə gətirilən odla saat 19.00-da Qız qalasının üstündəki məşəli alovlandıracaqlar. İlaxır çərşənbə münasibətilə incəsənət ustalarının iştirakı ilə bayram konserti atəşfəşanlıq təşkil ediləcəkdir.
Bakı Şəhər İcra Hakimiyyəti sizi konsertə və atəşfəşanlığa dəvət edir.
Bayramınız mübarək olsun!
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB