Bakı Slavyan Universitetinin Filologiya və xarici dil müəllimliyi fakültəsinin Rus ədəbiyyatı tarixi kafedrasının təşkilatçılığı ilə böyük rus şairi Sergey Yeseninə həsr olunmuş «Sergey Yeseninin Moskva həyatı» mövzusunda tədbir keçirilib.
Tədbiri giriş sözü ilə açan Filologiya və xarici dil müəllimliyi fakültəsinin dekanı, dosent Gültəkin Əliyeva tədbirin tələbələrini Sergey Yeseninin haqqında məlumatlandırılmasında intellektual səviyyələrinin yüksəlməsində, tədqiqatçılıq fəaliyyətinin inkişaf etdirilməsində əhəmiyyətini vurğulayıb. G.Əliyeva bildirib ki, bu istiqamətdə silsilə tədbirlərin keçirilməsi fakültənin tədbirlər planına uyğun olaraq davam etdiriləcəkdir. Sonra Sergey Yeseninin Moskvadakı ev muzeyinin əməkdaşları Alla Sergeyeva və Yelizaveta Terentevanın muzey haqqında məruzələri dinlənilib. Söhbət zamanı muzeyə virtual ekskurs edilib, muzeydəki eksponatlar barədə iştirakçılara məlumat verilib.
Tədbirdə tələbələr tərəfindən şairin şeirlərindən parçalar səsləndirilib.
BSU-nun «Slovar yazıka Yesenina» adlı yeddi cildlik kitabının müəllifi Qalina Şipulina Sergey Yeseninin Bakı həyatından danışıb, şairin yaradıcılığı haqqında ətraflı məlumat verib.
Tədbir fakültənin professor-müəllim heyəti və tələbələrinin böyük marağına səbəb olub.
ZÜMRÜD
Bütün xəbərlər Facebook səhifəmizdə