Bu, müxaliflərin nə qədər savadsız olduqlarını göstərir” RƏY-ÖZƏL
"Hakimiyyət gəlmək və dövləti idarə etmək üçün gərək sənin hazırlıqlı komandan olsun, yəni siyasətdən, iqtisadiyyatdan, ölkədə baş verən prosesləri görən, beynəlxalq aləmdəki vəziyyəti dərindən dərk edən komandaya ehtiyac var və bu komanda ilə hakimiyyəti idarə edə biləsən". Bunu SİA-ya açıqlamasında "Təkamül" partiyasının sədri Teyyub Qənioğlu deyib.
Onun sözlərinə görə, təəssüflər olsun ki, AXC-Müsavat hakimiyyətində təmsil olunanların bu deyilənlərdən heç birindən xəbərləri yox idi: "Yəni popilist şüarlarla ölkədə yaranmış vəziyyətdən istifadə edərək hakimiyyətə gəldilər. İndiki gənc nəsil o dövrdə baş verənləri bilmir, amma biz o dövrü yaşadığımızdan, hadisələrdən və baş verənlərdən xəbərdarıq. Həmin dövrlərin acınacaqlı durumu və prosesləri bizim gözümüzün qabağında baş verirdi. Mən məsələn Arif Hacılının Milli Məclisdə bir çıxışını xatırlayıram, o çıxışında deyirdi ki, biz hakimiyyətə gəlmək üçün 9 ölkə il razılığa gəlmişik. Yəni belə bir sözün işlədilməsi müxaliflərin nə qədər savadsız və siyasi naşı olduqlarını göstərir. Siyasətçi heç vaxt bu cür fikirləri dilinə gətirməməlidir. Bu onu göstərir ki, bunların səviyyəsi nədən ibarətdir. Demək olar ki, mən 30 ildir adları çəkilən şəxslərin fəaliyyətini izləyirəm, o vaxtdan bəri bunların təfəkküründə bir dəyişiklik yoxdur. Yəni yenə də bu şəxslərdə eyni şüarlar, eyni mövqelərdir. Ətrafımızda Suriyada, Liviyada, İraqda nələr baş verdiyini gözümüzün önünə gətirək. Yəni Azərbaycanda sabitliyi pozmaq istəyən qüvvələrin olduğunu yaddan çıxartmayaq. Bütün bunların müqabilində yalnız dinc, konstitusion yolla mübarizənin tərəfindəyik. Ölkədə nə isə xoşagəlməz vəziyyətin yaratmasını istəmirik. Yaxşı olardı ki, onlar bu cür hərəkətlərindən əl çəksinlər".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB