Ermənistanda əsgər intihar edib

Ermənistanın Tavuş vilayətinin Noyemberyan şəhərində yerləşən Dilican təlim mərkəzində 2000-ci il təvəllüdlü, sıravi əsgər Vaan Muşeqyan ipdən asılı halda aşkar edilib. SİA-nın erməni mətbuatına istinadən verdiyi məlumata görə, Ermənistan Müdafiə Nazirliyinin mətbuat katibi Artsrun Ovannisyan təsdiqləyib. Əsgərin intihar etdiyi ehtimal olunur.

Hadisə ilə bağlı cinayət işi başlanılıb.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə