"Azərbaycanın mövqeyi tamam fərqlidir və söz sahibidir" ÖZƏL-MÖVQE
"Azərbaycanın mövqeyi tamam fərqlidir və söz sahibi Azərbaycandır. Nikol Paşinyan küçədən hakimiyyətə gələndə elə böyük sözlər vermişdi ki, indi də bu sözlərin heç birini icra edə bilmir". Bu sözləri SİA-ya açıqlamasında politoloq Cümşüd Nuriyev deyib.
Onun sözlərinə görə, ermənilər Qarabağa kifayət qədər mololit mövqedə çıxış edirdilər: "Erməni xislətinə uyğun növbəti addımı BMT kürsüsundən atmasının səbəbi budur ki, Paşinyanı öndə çətin sınaqlar gözləyir və o sınaqları bir növ öz aləmində qabaqlamaq istədi. Əslində adam siyasətdən xəbərsizdir. Çünki, BMT Azərbaycanı Qarabağla birlikdə 1992-ci il martın 3-də tanıyıb. Ona görə də yenidən çıxıb "Qarabağ Azərbaycanın deyil, Ermənistanındır" deməsi onu sübut edir ki, bu adamın siyasi cəhhətdən savadsız olduğu bir daha gündəmə gəlir".
Politoloq həmçinin deyib ki, bu daha çox Ermənistanın daxili üçün hesablanmış uğursuz bir gedişdir: "Bu da təbii ki, Paşinyanın planlarına uyğun deyil, adam siyasətdən xəbərsiz olduğuna görə, hələ belə fikirləri çox sayıqlayacaq. Bu fikirlərə alüdə olmağa ehtiyac yoxdur. Çünki, Azərbaycanın mövqeyi tamam fərqlidir və söz sahibi Azərbaycandır".
Leyla Qəniyeva
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB