“Mənşəyi məlum olmayan maliyyənin hamısı Əli Kərimli tərəfindən mənimsənilir” RƏY-ÖZƏL

"AXCP-nin ardınca Müsavat partiyasının da ictimai-siyasi sabitliyi pozmaq üçün qanunsuz aksiyaya keçirməyə cəhd etməsi radikal qüvvələrin eyni ssenari üzrə fəaliyyət göstərdiyinin sübutudur". Bunu SİA-ya açıqlamasında “Həftə İçi” qəzetinin baş redaktoru Sevinc Seyidova deyib.

Onun sözlərinə görə, burada da həm də üzdə həmrəy olduqlarını bəyan edən müxalif kəsimin daxillərində gizli qısqanclıq hisslərinin mövcudluğunun şahidi oluruq: "Bir müddət əvvəl Əli Kərimlinin qanunsuz aksiyalarla gündəmə gəlməsi, ölkəmiz əleyhinə sosial şəbəkələrdə fəaliyyət göstərən bəzi qruplar, müxtəlif internet televiziyalar vasitəsi ilə verdiyi bəyanatların geniş yayımlanması sanki Müsavat və digər radikal kəsimdə qıcıq yaradıb. Artıq həmin qüvvələrdə xaricdən mənşəyi məlum olmayan maliyyənin hamısının Ə.Kərimli tərəfindən mənimsəniləəyi düşünülürdü. Bu səbəbdən, Müsavat da AXCP-nin yolunu gedərək ictimai-siyasi sabitliyi pozmaq, dövlət maraqlarını təhlükə altına atmaq təhlükəsi olsa belə, qanunsuz aksiya keçirtməyə cəhd göstərdi. Məqsəd həmin antiazərbaycan fəaliyyəti göstərən informasiya resursları ilə adlarını qanunsuz aksiyaların sifarişini verənlərə duyurmaq idi. Bu günlərdə Almaniyada Azərbaycandan gedən bəzi şəxslərə saxta yollarla "siyasi sığınacaq" alan şəbəkə aşkarlandı. Məsuliyyətə cəlb edilənlərin bir neçəsi məhz Müsavat Partiyasının üzviləridir. Onlar belə qanunsuz aksiyalarda çəkilən videolardan yararlanaraq, müəyyən məbləğ qarşılığında isə polis tərəfindən saxlanılanların Almaniya və digər dövlətlərdə siyasi mühacir adını almasını təşkil edirlər. Bu iş müqabilində əldə edilən gəlir isə 100 minlərlə avrodur. Bu fakt bir daha istər AXCP, istərsə də Müsavat partiyasının kimlərə və hansı maraqlara xidmət etdiyini bir daha açıq şəkildə ortaya qoyur. Demokratiya, insan hüquqları kimi anlayışlar həmin maraqlara xidmət yolunda sadəcə aldadıcı bir vasitədir".

Müəllif: Gülyana

Bütün xəbərlər Facebook səhifəmizdə